0.00₼
Sifarişi rəsmiləşdirİSTİFADƏÇİ RAZILAŞMASI
1. Terminlər və anlayışlar
2. Ümumi müddəalar
2.1. Bu müqavilə fəaliyyət
qabiliyyəti olan və bu qaydalarda müəyyən edilmiş şərtlər əsasında «İSAQOĞLU»MMC ilə
mal alqı-satqısı müqaviləsi bağlamaq üçün lazımi səlahiyyəti olan istənilən
fiziki şəxsin ünvanına «İSAQOĞLU»MMC-nin rəsmi təklifidir və müqavilənin əsas şərtlərini
özündə ehtiva edir.
2.2.
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunla
və bu qanuna uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının digər
normativ hüquqi aktları ilə tənzimlənir.
3.1. Satıcı bu
Müqavilənin şərtləri əsasında malları təhvil verir, Alıcı isə onları təhvil
alır və dəyərini əvvəlcədən və ya aldığı zaman ödəyir.
3.2. Sifariş
edilmiş mallar üzərində mülkiyyət hüququ Malın Alıcıya faktiki verilməsi və
sonuncunun Malın dəyərini ödəməsi anından Alıcıya keçir. Malın təsadüfi məhvi,
yaxud zədələnməsi riski, Malın Alıcıya faktiki təhvil verilməsi anından Alıcıya
keçir.
3.3. Malın qiymətləri
Satıcı tərəfindən birtərəfli qaydada müəyyən edilir və http://birevim.az internet-ünvanında yerləşdirilmiş internet-mağazanın
səhifələrində göstərilir.
3.4. Alıcı malın dəyərini
ödəyən ana qədər qiymət dəyişikliyi baş verərsə, Satıcı qiymətin dəyişdirilməsini
və yeni qiymətlə təklif etməsini, satılma hüququnu özündə saxlayır.
3.5. Malın qiyməti
Azərbaycan Respublikasının manatı ilə göstərilir.
4. Müqavilənin
bağlandığı an.
4.1. Bu Müqavilənin
mətni (Azərbaycan respublikasının Mülki Məcəlləsinə uyğun olaraq) ümumi məzmundur.
4.2. Bu müqavilənin
predmeti Alıcı tərəfindən Mal sifarişinin bu müqavilənin şərtlərinə uyğun
olaraq rəsmiləşdirilməsidir.
4.3. Sifarişin
Alıcı tərəfindən rəsmiləşdirilməsi faktı bu Müqavilənin şərtlərinin Alıcı tərəfindən
birmənalı qəbul edilməsi faktıdır. Satıcının İnternet-mağazasında mal almış
(malın sifarişini rəsmiləşdirmiş) Alıcı Satıcı ilə hazırkı Müqavilənin şərtləri
əsasında münasibətləri yaranmış şəxs kimi nəzərdən keçirilir.
5.1. Satıcı aşağıdakı
öhdəlikləri üzərinə götürür:
5.1.1. Mövcud
qanunvericiliyin və bu müqavilənin şərtlərinə uyğun olaraq bu Müqavilənin
bağlandığı andan Alıcı qarşısında bütün öhdəlikləri tam şəkildə təmin etmək.
Fors-major halları meydana çıxdığı təqdirdə Satıcı Müqavilə üzrə öhdəlikləri
yerinə yetirmək hüququnu özündə saxlayır.
5.1.2. Alıcının şəxsi
məlumatlarını emal etmək və mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada
onların məxfiliyini təmin etmək.
5.1.3. Bu qaydaları
qəbul etməklə Alıcı icazə verir ki, onun şəxsi məlumatlarını, o cümlədən
soyadını, adını, ata adını, doğum tarixini, cinsini, biometrik şəxsi məlumatlarını,
iş yerini, vəzifəsini, electron poçt ünvanını, İP ünvanını, brauzer
növünü,tarix, vaxt və sizayət sayını, yer/məkan məlumatlarını, ziyarət etdiyi səhifələr
və reklam bannerləri haqqında malumatı, brauzeriniz
tərəfindən verilən məlumat (cihaz növü, brauzer növü və versiyası, əməliyyat
sistemi və s.) və digər məlumatlar; şəxsi
məlumatların toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi
(yenilənməsi, dəyişdirilməsi), istifadəsi, yayılması (həmçinin Azərbaycan
Respublikasının ərazisində və transərhəd ötürülməsi), şəxssizləşdirilməsi,
bloklanması, fərdi məlumatların məhv edilməsi də daxil olmaqla ev, iş, mobil telefonlarını,
elektron poçt ünvanını, həmçinin onların növbəti emal məqsədilə xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədqiqatların aparılması, marketinq
proqramlarının həyata keçirilməsi, statistik tədqiqatların aparılması üçün şəxsi
məlumatların Operatorun kontragentlərinə ötürülməsi (o cümlədən yığılması,
sistemləşdirilməsi, toplanması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi),
istifadəsi, yayılması (həmçinin Azərbaycan Respublikasının ərazisində və transərhəd
ötürülməsi), şəxssizləşdirilməsi, bloklanması, məhvi), eləcə də müxtəlif rabitə
vasitələrinin, o cümlədən poçt göndərişləri, elektron poçt, telefon, faks rabitəsi,
internet social şəbəkəsi, messenger və s. vasitələrin köməyi ilə Alıcı ilə
birbaşa əlaqələrin yaradılması yolu ilə bazarda xidmətlərin reklamı üçün emal
etməsinə razılığını ifadə edir və icazə verir. Alıcı Operatorun və Operatorun
kontragentlərinin məlumat bazalarının avtomatlaşdırılmış idarəetmə sisteminin,
eləcə də xüsusi olaraq Operatorun tapşırığına əsasən işlənib hazırlanmış digər
proqram vasitələrinin köməyi ilə Alıcının şəxsi məlumatlarını emal etməsinə
razılığını ifadə edir və icazə verir. Belə sistemlərlə iş operator tərəfindən təyin
edilmiş alqoritm üzrə həyata keçirilir (yığma, sistemləşdirmə, yığılma,
saxlama, dəqiqləşdirmə, istifadə, bloklama, məhvetmə). İstifadə edilən emal
üsulları (o cümlədən, lakin bununla məhdudlaşmadan): poçt kodlarının kodlar bazası
ilə avtomatik tutuşdurulub yoxlanılması, küçələrin /yaşayış məntəqələrinin
adlarının yazılışının avtomatik yoxlanılması, Nəqliyyat vasitəsinin
identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) və dövlət qeydiyyat nişanlarının
etibarlılığının avtomatik yoxlanılması, Alıcı ilə telefon, poçt rabitəsi və ya
İnternet şəbəkəsi vasitəsilə əlaqə saxlamaqla məlumatların Alıcı ilə dəqiqləşdirilməsi,
bazaların verilmiş kriterilər üzrə seqmentləşdirilməsi yolu ilə həyata
keçirilir. Alıcı razılaşır ki, əgər bu qaydalar göstərilmiş məqsədlər üçün zəruridirsə,
onun Operator tərəfindən alınmış şəxsi məlumatları Operatorun Alıcının şəxsi məlumatlarının
emalını tapşıra biləcək üçüncü şəxslərə onlarla bağlanmış müqavilə əsasında verə
bilər; bu halda belə üçüncü şəxslər şəxsi məlumatların məxfiliyinin və şəxsi məlumatların
emalı zamanı onların təhlükəsizliyinin təmin edilməsi barədə Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə əməl etməlidirlər. Alıcının göstərilən
məlumatlarını ötürərkən Operator Alıcının şəxsi məlumatlarını alan şəxslərə bu
məlumatların məxfiliyi və yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə oluna
biləcəyi barədə xəbərdarlıq edir və onlardan bu qaydaya riayət etməyi tələb
edir. Alıcı Operatordan öz şəxsi məlumatları, onların emalı və istifadəsi barədə
dolğun məlumat istəməyə, həmçinin Operatorun adına poçt ünvanına müvafiq yazılı
sorğu göndərməklə düzgün olmayan və ya natamam şəxsi məlumatların çıxarılmasını
və ya əlavə edilməsini tələb etməyə haqlıdır. Alıcı tərəfindən onun şəxsi məlumatlarının
emalına verilən razılıq müddətsizdir və Alıcı tərəfindən Operatorun electron poçt
ünvanına yazılı sorğu göndərməklə geri götürülə bilər. Satıcı isə
qanunvericilik ilə başqa hal nəzərdə tutulmayıbsa, həmin Alıcı sorğusunu təmin
etməyi öhdəsinə götürür.
5.1.4. Satıcı
informasiyaya icazəsiz çıxış və ya onun Sifarişlərin icrasına bilavasitə aidiyyəti
olmayan şəxslərə ötürülməsi cəhdlərinin qarşısını almağa; belə faktları
vaxtında aşkar etməyə və qabağını almağa lazımi səyi göstərməyi öhdəsinə
götürür.
5.1.5. Malların təhvil
verilməsini təsdiq edən sənədi və ödəniş
təsdiq edən sənədi Alıcıya təqdim etmək.
5.1.6. Malları Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin, İstehlakçıların Hüquqlarının Müdafiəsi
haqqında Azərbaycan Respublikasının və digər
qanunvericilik aktlarına əsasən
uyğun şəkildə dəyişdirilməsini, geri gaytarılmasını təmin etmək.
5.1.7. Bu növ
müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər öhdəliklər daşıyır.
5.2. Satıcı
aşağıdaki hüquqlara malikdir:
5.2.1. Bu Müqaviləni,
Malın qiymətlərini və yardımçı xidmətlər üzrə Tarifləri, malı http://birevim.az internet-ünvanında yerləşən internet-mağazanın səhifələrində
yerləşdirərək onların birtərəfli qaydada ödənilməsi, çatdırılması üsullarını və
müddətlərini dəyişmək. Bütün dəyişikliklər elan edildikdən dərhal sonra qüvvəyə
minir və elan olunduğu andan Alıcının nəzərinə çatdırılmış sayılır.
5.2.2.
''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Azərbaycan
Respublikasının qanununa uyğun olaraq Alıcı ilə telefon danışıqlarının qeydə
alınmasını həyata keçirmək.
5.2.3. Alıcı ilə
razılaşdırmadan, bu Müqavilə üzrə öz hüquq və vəzifələrini üçüncü şəxslərə vermək.
5.2.4. Alıcının
sifariş etmiş olduğu malı tədarük etməzdən qabaq Satıcı Alıcıdan sifariş
edilmiş malın 100 % ilkin ödənişini tələb etmək hüququna malikdir. Belə ödəniş
olmadıqda Satıcı malı Müştəriyə tədarük etməkdən imtina edə bilər.
5.2.5. Satıcı
anbarda məhsulların qalığına əsasən birtərəfli olaraq Alıcının yerləşdirdiyi
sifarişlərdə dəyişikliklər etmək və yaxud imtina etmək hüququna malikdir. Belə
hallar olduğu zaman Satıcı Alıcıya telefon, elektron məktub və yaxud sms vasitəsi
ilə məlumat verməlidir.
5.2.6. Satıcının təyin
etdiyi kampaniyalarda iştirak edən endirimli və hədiyyəli məhsulların sayı məhdud
miqdarda ola bilir. Endirimli və hədiyyəli məhsulların sayı məhdud olduqda
Satıcı birtərəfli olaraq Alıcının yerləşdirdiyi sifarişlərdə endirimli və hədiyyəli
məhsulların sayında dəyişikliklər etmək və yaxud imtina etmək hüququna
malikdir. Belə hallar olduğu zaman Satıcı Alıcıya telefon, elektron məktum və
yaxud sms vasitəsi ilə məlumat verməlidir.
5.2.7. Satışda
olan endirimli və kampaniyada iştirak edən məhsulların sayına Satıcı tərəfindən
məhdudiyyətlər tədbiq oluna bilər. Bu limitlər Alıcı tərəfindən aşıldıqda
Satıcı Alıcının sifarişlərinə dəyişikliklər etmək və yaxud sifarişin tam ləğv
etmək hüququnu özündə saxlayır. Belə hallar olduğu zaman Satıcı Alıcıya
telefon, elektron məktub və yaxud sms vasitəsi ilə məlumat verməlidir.
5.2.9. Satıcı
internet-mağazanın http://birevim.az saytında yerləşdirilmiş Aksiyaların şərtlərini Alıcı
ilə razılaşdırmadan birtərəfli qaydada dəyişməyə və belə dəyişiklikləri
internet-mağazanın http://birevim.az saytında yerləşdirməyə haqlıdır.
5.3. Malların geri
qaytarılması zamanı müvafiq xərcləri (nəqliyyat və s.) Alıcıdan tələb edə bilər. Qabaqcadan ödəniş olduğu təqdirdə isə,
müvafiq faktiki xərclərin (nəqliyyat və s.) həmin ödənilmiş məbləğdən Alıcıdan
tutulmasını həyata keçirə bilər.
5.3.1. Bu növ
müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər hüquqlara malikdir.
5.3.2. Alıcı
aşağıdakıları öhdəsinə götürür:
5.3.1. Müqavilənin
bağlanması anına qədər Müqavilənin məzmunu və şərtləri, Satıcı tərəfindən
internet-mağazada təklif edilən Malın qiymətləri ilə tanış olmaq;
5.3.2. Satıcının
Alıcı qarşısındakı öhdəliklərinin icrası naminə sonuncu onu birmənalı olaraq
Alıcı olaraq eyniləşdirən və Alıcının haqqını ödəmiş və ya yerindəcə ödəyəcəyi olduğu Malın ona çatdırılması üçün kifayət edən
bütün zəruri məlumatları bildirməlidir.
5.3.4. Sifariş
edilmiş Malın dəyərini (və çatdırılma haqqını) bu müqavilənin şərtlər əsasında
ödəmək.
5.3.3.1.
“Satıcı”dan bilavasitə təhvil alınarkən
malın dəyəri nəğd və ya nağdsız olaraq
“Satıcı”ya tam olaraq ödənilir.
5.3.3.2. Əgər
Alıcı Sifarişin rəsmiləşdirilməsi zamanı Sifarişin nağdsız ödəmə üsulunu göstərirsə
(bank kartı, yaxud elektron ödəmələr sistemi ilə), o zaman Alıcı rəsmiləşdirmə
anında öz Sifarişini ödəməyə borcludur.
5.3.3.3. “Alıcı”
malın dəyərinin ödənilməsini özündə müvafiq bank qeydlərini əks etdirən köçürmə
sənədləri ilə və ya ödəməni təsdiq edən hər hansı sənədlə təsdiq etməlidir.
“Alıcı” malların dəyərini nəğdsiz qaydada ödədiyi halda , köçürmə sənədlərində
malların ona təqdim olunmasının əsası olan qaimə-fakturanın tarixini və nömrəsini
göstərməlidir.
5.3.3.4. Müqavilənin
5.2.8.-ci bəndində qeyd olunan tələbi icra etmək.
5.3.3.5. Bu növ
müqavilə üzrə qanunvericiliklə müəyyən olunmuş digər öhdəliklər daşıyır.
5.4. Alıcının
hüquqları:
5.4.1. malların
lazımi keyfiyyətdə olmasını tələb etmək;
5.4.2. malların
miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək;
5.4.3. malların təhvil
verilməsini , malların nağd şəkildə ödənildiyi təqdirdə ödəniş qəbzini, müvafiq
sənədləri Satıcıdan tələb etmək ;
5.4.4. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin, İstehlakçıların Hüquqlarının Müdafiəsi
haqqında Azərbaycan Respublikasının və digər qanunvericilik aktlarına əsasən uyğun şəkildə dəyişdirilməsini, geri
gaytarılmasını tələb etmək.
6. Müqavilənin ləğv
edilməsi
6.1. Müqavilənin ləğv
edilməsi “Satıcı” tərəfindən istənilən vaxt həyata keçirilə bilər, lakin bu
Satıcının artıq bağlanmış müqavilələr üzrə öhdəliklərindən imtinası üçün əsas
deyil. Satıcı, müqavilənin hüquqi qüvvəsinin ləğv edilməsi və ya müvəqqəti
dayandırılması faktının baş verməsinə ən azı 12 saat qalmış öz
internet-mağazasında müqavilənin ləğv edilməsi və ya müvəqqəti dayandırılması
barədə dəqiq vaxtını göstərməklə bildiriş yerləşdirməyi öhdəsinə götürür.
7. Müqavilənin
bağlanmasına aid tələblər
7.1. Alıcı
(sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla
təmin olunmalıdır:
7.1.1. təchizatçının
adı, ünvanı;
7.1.2. malların
(xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;
7.1.3. vergilər nəzərə
alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri;
7.1.4. çatdırılma
nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;
7.1.5. ödəniş və
sifarişin icra olunma şərtləri;
7.1.6. müqavilə
bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;
7.1.7. ehtiyac
olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin
minimal müddəti;
7.1.8. müqavilənin
bağlanma üsulu və mərhələləri;
7.1.9. satıcı (təchizatçı)
tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;
7.1.10. sifarişin
verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi
üçün mövcud olan texniki imkanlar.
7.2. Sifariş verilərkən
satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal bildirməlidir.
Alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda
sifariş qəbul olunmuş sayılır.
7.3. Bu öhdəlik
müqavilə bağlananadək yerinə yetirilmədikdə, müqavilənin icrasına başlananadək
yerinə yetirilməlidir.
7.4. Təsdiqləmədə
habelə aşağıdakılar barədə məlumat verilməlidir:
7.4.1. müqavilənin
icrasından imtinanın şərtləri və proseduru;
7.4.2. alıcının
(sifarişçinin) şikayət edə bildiyi ünvan;
8. Fors-major
8.1. Əgər Tərəflərdən
hər hansı biri bu Müqavilənin imzalanmasından sonra baş vermiş qarşısıalınmaz
qüvvənin yaratdığı hallar, yəni fors-major səbəbindən öz Müqavilə üzrə öhdəliklərini
tam və ya qismən yerinə yetirməyibsə, həmin tərəf belə öhdəlikləri yerinə
yetirməməyə görə məsuliyyətdən azad olunur. «Fors-major» dedikdə elə fövqəladə
hadisələr və ya hallar nəzərdə tutulur ki, müvafiq Tərəf onu qabaqcadan görə və
ya əlçatan vasitələrlə qarşısını ala bilməyib. Belə fövqəladə hadisələr və ya
hallara həmçinin daxildir: tətillər, daşqınlar, yanğınlar, zəlzələlər və başqa
təbii fəlakətlər, müharibələr, hərbi əməliyyatlar, pandemiya, eləcə də Tərəflərin
iradəsi xaricində olan istənilən digər şərait. Mövcud qanunvericiliyə və ya
normativ aktlara edilmiş və Tərəflərin istənilən birinə birbaşa və ya dolayı təsir
göstərən dəyişikliklər fors-major hadisələr kimi nəzərdə tutulmur, lakin əgər
belə dəyişikliklər Tərəflərin istənilən birinə bu Müqavilə üzrə öhdəliklərindən
hər hansı birini yerinə yetirməyə imkan vermirsə, Tərəflər hazırkı Müqavilə üzrə
öhdəliklərin icrasının davam etdirilməsini təmin etmək məqsədilə bu problemin
aradan qaldırılması üzrə iş qaydası xüsusunda dərhal qərar qəbul etməyə
borcludur.
9. Tərəflərin məsuliyyəti
9.1. Tərəflər bu
Müqavilənin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi şəkildə yerinə
yetirilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
9.2.
İnternet-mağazada yerləşdirilmiş bütün mətnli məlumatların və qrafik təsvirlərin
qanuni hüquqi sahibi olduğundan, göstərilən informasiyanın və təsvirlərin
qanunsuz istifadəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun
olaraq təqib edilir.
9.3. Mal və çatdırılma xərcləri Alıcı tərəfindən ödənilməlidir.
9.4. Tərəflər təqdim
etdikləri məlumatların düzgünlüyünə görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət
daşıyırlar.
10. Digər şərtlər
10.1. Tərəflər bu
Müqavilə üzrə öhdəliklərini icra etməmələri və ya lazımınca icra etməmələri ilə
bağlı bütün mübahisələri danışıqlar vasitəsilə həll etməyə çalışacaqlar.
10.2. Danışıqların
gedişində razılığa gəlmək mümkün olmadıqda, mübahisələr Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll
olunacaqdır.
10.3. Tərəflər
arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının
Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ aktları ilə tənzimlənir.
10.4. Bu Müqavilə
imzalandığı andan qüvvəyə minir və Tərəflərin
öz öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.
10.5. Alıcı
çatdırılmadan ən azı 24 saat öncə ünvan dəyişikliyi barədə Satıcını yazılı xəbərdar
etməlidir. “Alıcı” bu müqavilədə ünvanı barədə göstərdiyi məlumatların
doğruluğunu təsdiq etməklə “Satıcı” tərəfindən həmin ünvana göndərilən
çatdırlan mal, həmçinin bildiriş, xəbərdarlıq və sair məktublar həmin ünvana
çatmış hesab olunacaq və “Alıcı” onları almaması halına istinad edə bilməz.
10.6. Müqavilənin
bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən
müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə
olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir.
10.7. Bu Müqavilənin
hər hansı müddəası hər hansı məhkəmə, hökumət orqanı, nazirlik, idarə və ya
arbitraj məhkəməsi tərəfindən, hər hansı səbəbdən, etibarsız və ya tətbiqi
mümkün olmayan hesab olunarsa, Müqavilənin bütün qalan müddəaları qüvvəsini
saxlayır və etibarlı olur.