0.00₼
Sifarişi rəsmiləşdirBİREVİM.AZ
Sayt ilk dəfə olaraq 2013-cu ildə Azərbaycanda bir ilkə imza ataraq inşaat və
tikinti malları üzrə onlayn satışla məşğul olmağa başlamışdir. Məhsullarımız
Bakı şəhəri ilə yanaşı, Abeşron rayonu, Sumqayıt şəhəri və respublikamızın bir çox bölgələrinə satılıb və çatdırılıb. 3 illik fasilədən sonra yenidən fəaliyyətə
başlamağımız bizi sevindirir və məqsədimizə çatmaq üçün böyük səylə çalışırıq. Təklif
etdiyimiz məhsullarımız, göstərdiyimiz xidmətin keyfiyyəti ilə etibar qazanaraq
müştəri bazasını günbəgün artırmaqdadır.
Məqsədimiz
geniş məhsul çeşidlərini hər gün saytda çoxaldaraq təmir və dizaynla bağlı beynəlxalq
standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə təklif
etməkdir. Əməkdaşlıq əlaqələrini genişləndirən, çeşid çoxluğu, üstün xidmət səviyyəsi
ilə rahatlığı, güvəni və etibarı fəaliyyətində cəmləşdirən, davamlı inkişaf edən
brend kimi tanınmaqdır.
BirEvim.az
saytında mövcud məhsullar arasında istilik sistemləri, kombilər, suqızdırıcılar,
radiatorlar, dəsmalqurudanlar, elektrik işləri üçün keyfiyyətli kabellər,
avtomat sığortalar, montaj qutuları, təmir üçün gərəkli olan elektrik alətlər,
elektrik açarlar və elektrik yuvaları, su və kanalizasiya üçün plastik borular
və fitinqlər, döşəmə üçün laminat və parketlər, süpürgəliklər, santexnika məhsulları
və digər yüzlərlə məhsullar seçimini sizin ixtiyarınıza təqdim edir. Zamanla evimizə
aid istədiyimiz məhsulu bu saytda tapılmasına böyük ümidlərimiz var.
Saytı
yaradan zaman müştəri məmnuniyyətinə böyük önəm verilib. İnternet mağazamızda
rahat seçim və vaxta qənaət üçün hər cür şərait düşünülüb. Bütün məhsullar təyinatı
üzrə bölmələrə bölünüb və müqayisə üçün imkanlar yaradılıb. Eyni zamanda ödəniş
üsulları bir çox növlərdə sizin ixtiyarınıza verilib.
Müştərilərin
tələb və ehtiyaclarının qarşılanması istiqamətində bir çox yeniliklər etmişik və
bizimlə müxtəlif əlaqə vasitələri ilə əlaqə saxlaya, suallarınızı verə bilərsiniz.
Saytın istifadəçiləri bizimlə əlaqə saxlayıb istədikləri məlumatları asanlıqla əldə
edə biləcəklər.