0.00₼
Sifarişi rəsmiləşdirSifarişləri
Azərbaycanın sərhədləri daxilində hər yerə çatdırırıq.
*Sifarişin
çatdırılma müddəti anbardakı malların mövcudluğundan asılıdır. Sifariş zamanı
bütün seçilmiş mallar anbardadırsa, bölgənizin (ünvanınızın) uzaqlığından asılı
olaraq 1 - 10 gün ərzində çatdırılıcaqdır.
*Sifariş edilmiş məhsul anbarda
yoxdursa, mövcud vəziyyət haqqında alıcıya məlumat verilir. Ancaq sifarişləri
mümkün qədər tez müştərilərə çatdırmağa çalışırıq və müştəri sifarişlərinin 90%
-i ilk 3 gün ərzində göndərilir.
*Çatdırılmanın ödənişsiz olması sifariş verilən malın qiymətindən, həcmindən,
ölçüsündən asılı olaraq dəyərləndiriləcəkdir.
Pulsuz
çatdırılmanın əhatə dairəsi: Bakı, Xırdalan, Sumqayıt şəhərləri, Abşeron rayonu.
Çatdırlma vaxt aralığı: 10:00-20:00.
Diqqət edilməli məqamlar!
*Siz əlaqə
vasitəsi ilə bizə çatdırılma ünvanının və ya vaxtının dəyişdirilməsini əvvəlcən məlumat
verməlisiniz.
*Sifariş rəsmiləşdirilərkən göstərilmiş ünvan düzgün olmazsa və ya sifarişçi
qeyd olunan vaxtda ünvanda olmazsa mal(lar) geri anbara qaytarılır və növbəti
çatdırılma üçün mütləq ödəniş olunur.
*Əgər çatdırılma ünvanında girişə məhdudiyyət (buraxılış sistemi yaxud ödənişli
giriş) tətbiq olunursa, siz giriş üçün icazə almalısınız. Əks təqdirdə
çatdırılma yalnız məhdudlaşdırılmış girişə qədər mümkün olacaqdır. Pilləkən
keçidləri və qapı yerləri boş olmalı və qablaşdırılmış malı mənzilə rahat
keçirməyə imkan verməlidir. Malı mənzilə,evə, ofisə keçirmək imkanı olmadıqda
mal çatdırılmanın mümkün olduğu yerə qədər həyata keçirilir.
*Razılaşdırılmış vaxtda malın çatdırıldığı ünvanda olmayacağınız təqdirdə kuryer sizi 15 dəqiqə ərzində gözləyəcəkdir. Əgər sifariş olun mal qəbul olunmazsa, anbara geri göndəriləcək.
*Əgər çatdırılma zamanı kuryer əvvəlcədən razılaşdırılmış qaydları pozarsa və
ya digər səbəblərə görə əlavə ödəniş tələb edərsə, dərhal bizimlə əlaqə saxlayaraq
məlumat verməyinizi xahiş edirik.
*Əgər sifariş etdiyiniz malla sizə təqdim olunan mal arasında fərq varsa və bu
hal sizi qane etmədikdə onun qəbulundan imtina edə bilərsiniz.
*İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanuna müvafiq olaraq malı 14
gün ərzində dəyişdirmək yaxud qaytarmaq imkanınız var. Qaytarma qaydalarının şərtlərini
www.birevim.az saytında yaxud əlaqə vasitəsilə dəqiqləşdirə bilərsiniz.