0.00₼
Sifarişi rəsmiləşdirBirEvim.az saytından alınan məhsullar dəyişdirilə və ya təhvil aldığı gündən etibarən 14 təqvim günü ərzində qaytarıla bilər.
Əgər çatdırılma zamanı sifariş edilən məhsuldan alıcı əsaslı səbəblərlə imtina edirsə, dəyişdirə və ya qayta bilər. Belə halda kuryer qaytarma aktı tərtib edir, tərəflər təsdiq etdikdən sonra məhsul kuryer tərəfindən anbara geri gətirilir. Dəyişdirilmə üçün müraciət olunubsa, razılşadırılmış vaxtda eyni məhsulla əvəzlənir. Əgər digər məhsul seçilərsə, məbləğlər arasında yaranmış qalıq məbləğ ödənilir.
Əgər alıcı məhsulu təhvil alındıqdan sonra, 14 təqvim günündə dəyişdirmək və qaytarmaq istəyərsə, belə halda aldığı məhsulu (əlavə aksesuarlar varsa birlikdə) faktura (qəbz, qaimə) ilə birlikdə öz qutusuna qoyaraq bizə müraciət etməlidir.
Məhsul təhvil alındıqdan sonra dəyişdirilmə və ya qaytarılma aşağıdakı şərtlər əsasında həyata keçirilir:
*Məhsul
və komplektasiyasına daxil olan hissələrin əmtəə görünüşü saxlanılıbsa
(mexaniki zədələr, cızıqlar, ləkələr,
sürtülmələr yoxdursa, biristifdəlik qablaşdırmalı məhsullar üçün isə – qablaşdırma
açılmayıbsa);
*Zavod
plombu, qoruyucu örtüyü, yarlığı saxlanılıbsa;
*Məhsulda
istifadə izləri aşkarlanmayıbsa;
*Yivli məhsullar heç bir halda quraşdırılmayıbsa;
Qeyd: Məhsulun markasına uyğun olaraq aidiyyatı servis nümayəndəsi tərəfindən quraşdırılmış və işə salınmış məhulların dəyişdirilməsini həmin servis tərəfindən həyata keçirir. Digər məhsullara isə bizim servis tərəfindən yoxlanıldıqdan sonra rəy bildirilir və rəyə əsasən dəyişdirilmə və ya qaytarılma həyata keçirilir. Rəy 3-5 gün ərzində verilir.
Məbləğin geri ödənilməsi və ya dəyişdirilmə zamanı yaranan məbləğlər arasında yaranan qalıq nağd şəkildədirsə dərhal, nağdsız ödənişdirsə alıcı tərəfindən dərhal, satıcı tərəfindən isə banka geri ödəniş üçün müraciət olunur, onlarda öz növbəsində alıcının ödədiyi karta (hesaba) ödənişi və ya qalığı ödəyir. Geri ödənişlər bank tərəfindən adətən 3-5 iş günü ərzində həyata keçirilir.
Məhsulun
qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikasının Qanunu əsasında tənzimlənir.
Dəyişdirilmə və Qaytarılma şərtləri ilə bağlı istənilən
sualınızı bizimlə əlaqə
saxlayaraq bildirə bilərsiniz.